DOĞUL, EY TÜRK OĞLU SƏN, ƏZƏMİ-TURANA GEDƏK

Ey türk Oğuz bəyləri! Ey türk xalqı,eşidin! Üstdən göy çökmədikcə,altdan yer dəlinmədikcə,bil ki,türk ulusu,TÜRK
DÖVLƏTİ, türk törəsi pozulmaz.Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə layiq ol! EY TÜRRK 
UIUSU,ÖZÜNƏ DÖN!

BİLGƏ KAĞAN.

Doğul,ey türk oğlu sən!Doğul da gəl,min Qıratı,
Oq geyib,bir nərə çək,demə ağı,nə bayatı,
Apar! Ardınca apar HAQQ səmtə sən el-elatı,
Qurtarıb üzqaradan,bir üzüağ ana gedək,
Bizi,BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Doğul,ey türk oğlu sən! Gör,necə də əzilmişik?!
Bölünüb,parələnib,min doğranıb,kəsilmişik,
Göz dikib yollarına,heydi min il gözləmişik…
Gəl! Yetir sən özünü!BİR OLAN zamana gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Doğrayıb bir-birini, “bəs” demədi millətimiz,
Günbəgün artdı bizim dərd-qəmimiz,zillətimiz,
Yan yatıb,zarı qalıb,bilinmədi illətimiz,
Gəl ki,biz dərdə deyil,dərdlərə dərmanə gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Sığınıb dar qəfəsə,hey daraldı sədlərimiz,
Uçulub şan qalamız,nə qalmadı bəndlərimiz,
Od tutub,min də yanıb,oldu viran kəndlərimiz,
Gəl! Hərə bir yanə deyil,verdiyin fərmanə gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Yandı dil,yandı dodaq,bir durmadı fəryadımız,
Nə durub bu qəflətdən,nə olmadı imdadımız,
Hanı o TÜRK ADIMIZ? De,hanı 
TÜRK İNADIMIZ?
Gəl! Nəsib olmaya ki,bundan da yamanə gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Kim dada sərvətimiz,”gör,nə gözəl daddı”,dedi,
Gahi rus,gah da ki fars,gahi də avropa yedi,
Rəhm edə Tanrı bizə,olmaya bundan da bədi…
Gəl ki,biz şərrə deyil,şöleyi-imana gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

Dpğul,EY TÜRK OĞLU SƏN! Qıyma yanaq
odlara biz,
Bel sına,baş əyilə,möhtac olaq yadlara biz,
GƏL! Qalıb altda deyil,lap çıxaq 
üst qatlara biz,
Daha şeytana deyil,yol tutub,rəhmanə gedək,
Bizi BİZ eyləyəcək ƏZƏMİ-TURANA gedək!

GEDƏK…
GEDƏK…
GEDƏK!!!!!!!!!!!!!!!!!!!!!
MƏZAHİR İSGƏNDƏR.

Mezahir İSGENDER
www.kafiye.net