Dırnağarasında

Dırnağarasında deyilən sözü,
Şəkərə qatılıb yeyilən sözü.
İnsan olan səhvin qanmasa özü,
Qanmazı qandırmaq çətindir aman,
Qanmaz da özündən razıdır yaman!!!

Yazaraq şerimlə dedim sözümü,
El içində tanıtmışam özümü,
Nadana,qanmaza dedim sözümü,
Əsil insan tutar özündə nöqsan,
Ucalar gözlərdə dəyərli insan!

Solmazam,yazılan yazıma şükür,
Rəbbimdən verilən ruzuma şükür,
Haqq yazan çoxuma-azıma şükür,
Söz atsan özünə götürməz nadan,
Yığıb nə aparar fani dünyadan!!!

18-06-2016
Şamaxı,Şirvan eli
Solmaz Şirvanlı
www.kafiye.net