TALEYİM..

İki daşın arasında qalmışam,
Həm dirildir,həm keyidir taleyim.
Neçə dəfə nəzər,diqqət salmışam,
Sanarsan ki bəxt meyidir taleyim.
*
Zaman ötür anlar məni şişləyir,
Az biləndə əqrəb kimi dişləyir,
Dəyirmanı gör nə sayaq işləyir?
Kədər biçir,qəm üyüdür taleyim.
*
Üz tutmuşam xoşbəxtliyin cəlbinə,
Can vermərəm ta həsrətin hərbinə,
Ona görə dəyənmirəm qəlbinə,
Gah incidir,gah böyüdür taleyim.
*
Düşündürüb,çox mətləbi andırıb,
Bu dünyanı dünya qədər qandırıb,
Baxma məni axıracan yandırıb,
Yenə mənə eşq neyidir taleyim.

Nazlı Hacılı.
www.kafiye.net