Gedim.

Deyin dostlar,nolar deyin,
Dərd əlindən hara gedim?
Könlüm quşu uçub gedib,
Bəlkə mən də yarə gedim?

Alıb əqlimi başımdan,
Utanıram bu yaşımdan,
Payızımdan,həm qışımdan,
Çəkilirəm dara gedim!

Bol eylədin sən qəmimi,
Az etmədin sitəmimi,
Solmazam,öz həmdəmimi,
Tapmağa məzara gedim.?…

17-06-2016
Şamaxı,Ovculu kəndi
Solmaz  Şirvanlı
www.kafiye.net