Dost Hədiyyəsi.

Yerini,yurdunu bilmədiyim dost,
Bir salamın alıb,vermədiyim dost.
Heç yerdə üzünü görmədiyim dost,
Siz də agah olun nələr eyləyir,
Şəklimin üstünə Salam yazaraq,
O uzaq ellərdən Salam söyləyir.

Adi bir söz deyil Salam sözü də,
Salamla birgədir Allah özü də,
Rəbbimin adından biridir Salam,
Mə”suldur bu işdə verən həm alan.

Gəlin düz danışaq,düz dolanaq biz,
Qoy olsun ömrümüz aydın,ləkəsiz.
Elə ömür sürək,yaşayaq ki,biz,
Qalsın qoy şərəfli,adımız qalsın,
Alovumuz qalsın,odumuz qalsın!!!

Bütün dostlarıma səhər salamı, 
Baxın göndərirəm Şirvan elindən,
Əlimdən gələnim budur a dostlar,
<Xoş dua eşidin şair dilindən!

Solmazam,yazıram yox daha qəmim,
Sahilə yan alır yelkənli gəmim.
Gəlir yollardadı könül həmdəmim,
Kədərdən-qüssədən uzağam,uzaq,
Qorxutmayır daha nə şaxta,sazaq!!!…. 

18-06-2016
Şamaxı,Şirvan eli
Solmaz  Şirvanlı
www.kafiye.net