MƏCNUN MƏNƏM,
MƏCNUN MƏNƏM
MƏCNUN MƏN

Dönüb,olum cığırınız,yolynuz,
Əlibağlı qurbanınız,qulunuz,
Bir Allah eşqinə,barı duyunuz,
Xəbər verin ellər,mənə Leylidən,
Məcnun mənəm,Məcnun mənəm,
Məcnun mən!

Min doğulub,min can verib,ölmüşəm,
Nə o yanda,nə bu yanda gülmüşəm,
İlan mələr səhralardan gəlmişəm,
Nə dilim,dodagım görmədi bir nəm,
Məcnun mənəm,Məcnun mənəm,
Məcnun mən!

Bir sazam ki,sapsarıdı simim də,
Bir yazam ki,qar qalanıb içimdə,
Kaş olaydı fələk də mən biçimdə…
Gül bülbülsüz,bülbül gülsüz nə çəmən?
Məcnun mənəm,Məcnun mənəm,
Məcnun mən!

Su yerinə gözlərimdən axar qan,
Ürəyim qəm çəkər,dilim də əfğan,
Göz açıban doğulandan,olandan,
Bir gefməyən başı üstən duman,çən-
Məcnun mənəm,Məcnun mənəm,
Məcnun mən!

Rəhmə gəlməz nə tufanlar,nə yellər,
Bezib durmaz fırtınalar,nə sellər,
Yol göstərin ay obalar,ay ellər,
Bir yar sevib,dərddən-qəmdən olan dəm-
Məcnun mənəm,Məcnun mənəm,
Məcnun mən!

Mezahir İsgender
www.kafiye.net