D Ü N Y A N I N

Day,dünyanı qarğımayım,neyləyim?

Gülüm,görüm,gül-gülzarı soluxsun,
Səni əllərimdən alan dünyanın!
Nə anası ,bacısı gün görməsin,
Məni dağa-daşa salan dünyanın!

Nə o yanı,nə bu yanı qorusun,
Yaş-yaş yanıb,bir görməsin qurusun,
Şilə dönsün,əli-qolu qurusun,
Tar əvəzi məni çalan dünyanın!

Can dilənsin,həsrət qalsın amana,
Çabalasın,əlin atsın samana,
Düşsün elə dərdə,elə yamana,
Dil-dodağı olsun nalan,dünyanın!

Bir yar sevsin,yar yadına salmasın,
Murad görüb,nə də kamın almasın,
Nə iynəsi,nə də sapı qalmasın,
Day,nəyi var,olsun talan dünyanın!

Min can dedim,olmadı can deyənim,
Düz söz dedim,azalmadı söyənim,
Qadır Allah,daha nəyin bəyənim,
Qurdla qiyamətə qalan dünyanın?

Mezahir İsgender
www.kafiye.net