HASRETİYLE ALIŞDIĞIM


Həsrətiylə alışdığım nazlı yarə mən nə deyim?
Yandı könlüm atəşində de dübarə mən nə deyim?

Könlüm vəslini gözlədi,gəlmədi bax o dilbərim,
Öz yarına dağ çəkənə bəxti qarə mən nə deyim?

Döndərib Məcnuna məni,salıbdır niyə çöllərə,
Deyin qorxsun ol Rəbbimdən salmasın azarə məni.

Mən ki,onun firqətindən zindandayam,zülmətdəyəm,
Yusif kimi qul eyləyib,ol çəksin bazara məni

Əslisin keşiş qaçıran Kərəm kimi çöllərdəyəm,
Dolaşıram dağı-düzü,salıb bu rüzgarə məni

Deyin gəlsin alsın canım,yoxdur daha tab-təvanım,
Solmaz onsuz da yaşamır,tez qoyun məzara məni!!!…

16-06-2016
Müəllif;Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi
www.kafiye.net