Yatma

Yatma xabi-qəflətdə oyan ey könül oyan,
Hicri atəşdə yanan yarın yolunda dayan.
Dayandığın o yollar yarını gətirəcək,
Hicrində alışanı bil sənə yetirəcək!

Əgyar alışacaqdır,yanacaqdır bu odda,
Səninsə xoş günün bil yazılacaq bu adda.
Dövran belə gəlibdir,bil ki,belə gedəcək,
Yarına qovuşmayan tuti zəban edəcək.

Salma gəl ürəyinə hər nadanın sözünü,
Bağlanıb öz Rəbbinə,yığ yollardan gözünü.
Gələcək nurlu sabah açılacaq yolların,
İnan ki,doğrulacaq bu günki,xəyalların.

Solmaz,adınla yaşa,əymə heç qürurunu,
İtirmə Rəbbin sənə verdiyi o nurunu.
Uzaq ol alçaqlardan,nadanlardan,pislərdən,
Güvən sən öz Rəbbinə,o xain-xəbislərdən!!

16-06-2016
Şamaxı,Ovculu kəndi
Solmaz Şİrvanlı
www.kafiye.net