LEYLİNİN, ŞİRİNİN GÖZÜ MƏNDƏDİ

Özlərindən sonra kimsəni bəyənməyib, kimsəni görməyən, göylə gedən bəzi “görkəmli” şairlərə bir sualla müraciət edərdim:”Həmişə bizlərmi sizi oxumalıyıq, bəs siz? Bizi görən gözlərinizə çöpmü düşdü,tormu gəldi,yoxsa? Nəyiniz bizdən artıqdı? Qulaqlarınıza çatan adınızmı?Nəyiniz?..”.
Hələlik ad çəkmirəm.
Amma hələlik…
Bu hisslərlə yaşadığım anların birində dönüb,qəfildən qələmimə baxdım.
Onun köksünü ötürüb,dərindən,yanıqlı-yanıqlı ah çəkdiyinin şahidi oldum desəm,inanarsınızmı?

Qələm,qəmli-qəmli baxma üzümə,
Dünyanın alovu,közü məndədi!
Qılıncdan kəsərli,güldən ətirli
Yerin də,göyün də sözü məndədi!

Eşq edib,eşqimlə qazanmışam ad,
İçim də,çölüm də naleyi-fəryad,
Bir anda Məcnunam,bir anda Fərhad,
Leylinin,Şirinin gözü məndədi!

Dil soruşmaz,alnımdakı nə yazı?
Qış olub ömrümün baharı,yazı,
Bu dünyanın nisgil dolu payızı,
Qış gecəsi,həm gündüzü məndədi!

Simurğum gəlmədi,yandırdım tükün
Ayrıldı,bədəndən can oldu sürgün,
Prometey yanğısın,Atlantın yükün
Alıb,çəkənlərin izi məndədi!

Məzahirəm,düz yoluyam savabın,
Keçən duymaz nə ağrısın,əzabın,
Min sorğuya,min suala cavabın
Ən doğrusu,ən də düzü məndədi!

Bunu da demədən keçməyəcəyəm,
ey “görkəmli” şair.Sən adi bir tapmaca
yazıb paylaşsan belə, bu şeirimdən çox
bəyənmə alacaqsan.Bə yaxud…
Bu şeiri ( demırəm ki yaxşıdı) sən
yazsaydın,tərifin göylərə qalxacaq,bir
daha aşağı enməyəcəkdı.
Özün də bunu təsdiq edərsənmi?

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net