Eyləmə Zülüm.

Sənin həsrətindən bil verərəm can,
Çəkərəm min nalə,eylərəm əfqan,
Daha dözümüm yox,nə tabu-təvan,
Axar gözlərimdən yaş yerinə qan,
Əgər qayıtmasan ömrümə gülüm!

Bir nalə çəkərəm yanarsan axı,
Bu sevən könlümün nədir günahı,
Sənsən bu Solmazın açan sabahı,
Sənə qovuşmaqçın göydə Allahı,
Çağırram haraya eyləmə zülüm!!

02-11-2015
Şamaxı,Ovculu kəndi
Solmaz Şirvanlı
www.kafiye.net