Sevəcəyəm.

Günəş olub yaxsan belə,
İldırımtək çaxsan belə,
Lap başıma qaxsan belə,
Yenə səni sevəvəyəm.

Ulduz olub axsan belə,
Ərş-əlaya çıxsan belə,
Qeyrisinə baxsan belə,
Yenə səni sevəcəyəm.

Bir gün məni atsan belə,
Özgəyə üz tutsan belə,
Muradına çatsan belə,
Yenə səni sevəcəyəm.

Gəl Solmaza vurma dağı,
Könlüm sənsiz qəm oylağı,
Ağlar gəzib bağça-bağı,
Yenə səni sevəcəyəm.
Yenə səni sevəcəyəm!!

15-10-2015
Müəllif Solmaz Şirvanlı
www.kafiye.net