TƏBİƏTİM..

Çıxdım təbiətin seyrinə bu gün,
Dərhal üzə çıxdı öz təbiətim.
Dedim öz-özümə,olarmı düzgün,
Onu vəsf etməsin söz təbiətim.


Düşündüm gənc olum,ya ahıl qoca,
Vüqarım,qürurum can atsın taca,
Yanlış təbiətə möhtaz olunca,
Düz yola yönəltsin,düz təbiətim.

Gülsün məhəbbətlə ər də,ərən də,
Olmasın təbiət pərən-pərəndə,
Baxmayın soyuyur düşmən görəndə,
Dost görcək isinir tez təbiətim.

Toy,bayram eləsin millətim hər an,
Arzular gül açsın,olmasın viran,
Vətənə,elimə qurbandır,qurban,
Olsa yüz diləyim,yüz təbiətim..

Nazlı Hacılı
www.kafiye.net