Q U R B A N A M

Gülüm,əlindəki o gül nə güldü?
Əlinə qurbanam,gülə qurbanam!
Seyrinə vardığın,dalıb gəzdiyin
Çəmənə qurbanam,çölə qurbanam!

Günün sozalmasın,olmasın axşam,
Alışıb,odlanıb,yanıb,olma şam,
Qolum olub,o belinə dolaşan
Kəmərə qurbanam,belə qurbanam!

Yanıb,bir-birinə söyləyib də can,
Yar yardan aralı olmasın bir an,
Daraq olub,tellərini darayan
O mehə qurbanam,yelə qurbanam!

Peşman olmaz dərdin yara bildirən,
Min oxşayıb,min sevib,min dindirən,
Səni sevindirən,səni güldürən
Hər bir günə,aya ilə qurbanam!

Deyib-gülməz əzəmətin itirən,
Coşa gəlməz,söz-söhbətin bitirən,
Gülüm,səni Məzahirə yetirən
Vətənə qurbanam,elə qurbanam!

Məzahir İsgəndər
www.kafiye.net