OLMAZ..

Ay ana,qəm yemə,daha gülümsə,
Gülməsən üzümü güldürən olmaz.
Demirəm dağ vuran aha gülümsə,
Ah ilə gözümü güldürən olmaz..

Ölərəm sevgimi kəm versəm sənə,
Sönərəm qaranlıq dəm versəm sənə,
Sevinc əvəzinə qəm versəm sənə,
Ömrümdə özümü güldürən olmaz..

Qoy köçüm qanına,qanında olum,
Mehrinə qarışım,canında olum,
İstərdim həmişə yanında olum,
Sənsiz bəxt yazımı güldürən olmaz..

Qıyma lövbər sanım çənli şeirdə,
Razı olma qalım qemli şeirdə,
Sənsiz yazdıqlarım,sənli şeir də,
Heç nəylə sözümü güldürən olmaz…

Nazlı Hacılı
www.kafiye.net