Qalır Dünyada.

A dostlar mən yazım,siz cavab verin,
İnsana nə qalır deyin dünyadan?
Deyin nə aparır bu insan oğlu,
Köç edib gedəndə fani dünyadan?

Yığır var dövləti başı altına,
Satır qeyrətini pula-altuna,
Az qala çıxacaq göyün qatına,
Axı bilməyir ki,bu yazıq insan,
Əliboş gedəcək fani dünyadan.

Əgər düşünsəydi gələcəyini,
Bir gün hər kəs kimi öləcəyini,
Arxasız yetimə arxa durardı
Məzarda özünə cənnət qurardı.

Solmaz,meyl eyləmə dünya malına,
Qoşulma kimsənin qeyli-qalına,
Yazgınan şerini yar camalına,
Səndən sonra yazdıqların qalacaq,
Şerin oxunacaq,gözlər dolacaq!!!

07-06-2016
Müəllif:Solmaz Şirvanlı
Şamaxı,Ovculu
www.kafiye.net