Ə L V İ D A

(Görəsən,SƏN də oxuya- caqsanmı?)

Əcəl qapıdadı,ömür tələsir,
Ay gölüm,ördəyim,qazım,əlvida!
Ay çölüm-çəmənim,çiçəyim,gülüm,
Ay bağım-baharım,yazım,əlvida!

Dil tutuldu,nə gəlmədi nəfəsim,
Nə yanmadı,can demədi bir kəsim,
Ay sözüm-söhbətim,səsim,həvəsim,
Ay tarım,kamanım,sazım,əlvida!

Varmı məncə bu ud kimi inləyən?
Min boşalıb bulud kimi,dinməyən?
Qədri bilinməyib,üzü gülməyən
Ay çörəyim,suyum,duzum,əlvida!

İnam da,iman da,güman da yalan,
İçim də,çölüm də oldu min talan,
Hər birisi bir üzümdə yurd salan
Sən ey odum,sən ey buzum,əlvida!

Qəm məni səslədi,dərd yolu kəsdi,
O da,bu da mənə yaman tələsdi,
Bunnan belə,yaşamağım əbəsdi,
Ay gün ruzum,bəxt ulduzum,əlvida!

Öz gücünü itirib də,tapmayan,
Ağrını-acını gözdən atmayan,
Kiprik vurub yuxlamayan,yatmayan,
Ey əlim-ayağım,dizim,əlvida!

Bunnan belə,dünya məni görəmməz,
Nə incidib,nə bir söyüb,döyəmməz,
Day Məzahir od içib,od yeyəmməz,
Ay yerim,ay göyüm,–SÖZÜM,əlvida!

Məzahir İsgəndər
www.kafiye.net