ÇALMAYIN MƏNİ

Dostum,qardaşım
Etimad Mirbabaliyə

Başı-gözü dizində
Salxım söyüd kimiyəm.
Sazın beçə pərdəsi,
Tarın sarı simiyəm.

Çalınaram içimdə,
Ziləm,bəməm…dəməm mən.
Dindirməsə mizrabım,
Dil açıb,dinmənəm mən.

“Segah”,”Şüştər”,”Humayun”,
“Şur”am,”Rast”am,”Qatar”am.
Gəzib,dadıb “Qürbət”i,
Hey “Zarıncı” yataram.

Kimdi məni çalan ki…
Bu mizrabı kim vura?
Bir dinləsəm,inləsəm,
Araz yanar,Kür durar.

Nə ah çəkib,qəmlənib,
Nə xəyala dalmayın.
Qoyun dünya yaşasın,
Alıb,məni çalmayın!..

Məzahir isgəndər
www.kafiye.net