5 iyun şairlər günüdür 

ŞAİR ÇİYNİNDƏDİR DÜNYANIN YÜKÜ.

Mən çiynimdən yerə qoydum dünyanın.
H. Bağıroğlu

Şairlər Qəribə ömür yaşayır,
Dünyadan köçsə də o,nur yaşayır,
Ən böyük, ən ağır bir yük daşıyır,
Şair çiynindədir dünyanın yükü.

Zəhər qatsalar da onun balına,
Həmin düşmənin də yanır halına,
Haqq sözü dəyişməz dünya malına,
Şair çiynindədir dünyanın yükü.

Hər kəsərli sözü bir əmanətdir,
Arzusu, istəyi haqq-ədalətdir,
Elin dərdi onun qəlbində dərddir,
Şair çiynindədir dünyanın yükü.

Qatmaz ömrü boyu ağı qaraya,
Dərman gəzər hər bir ağır yaraya,
Ən yaxın kəsdilər ulu Tanrıya,
Şair çiynindədir dünyanın yükü.

Zaur, çəkə-çəkə hər bir əzabı,
Aç işıqlı yola həmişə qapı,
Vallah şairdə var dağ, qaya tabı,
Şair çiynindədir dünyanın yükü.

21-mart- 2010.
Zaur Vedili
www.kafiye.net