DÖZÜMÜ QAYTAR

Allah,bu mən deyiləm,
Mənə özümü qaytar!
Söndü odum-atəşim,
Barı,közümü qaytar!

Olum iti,itinin,
Öküzü də cütünün,
İstəmirəm bütünün,
Yarı gözümü qaytar!

Nə ox qaldı,nə kaman,
Yanıb qaldım,nə yaman!?
Çəkmək üçün əl-aman,
Barı,sözümü qaytar!

Bu zülüm nə zülümdü?
Gözümdən qan süzüldü,
Əlim-qolum üzüldü,
Barı,dizimi qaytar!

Allah,verdin nə mərdə?
Meydan qaldı namərdə,
Məzahirə bu dərdə
Barı,dözümü qaytar!

Məzahir İsgəndər
www.kafiye.net