YOLLAR, MƏNİ YARA APAR

Yollar,məni yara apar,
Yar deyibən,ağlaram hey!
Sinəm üstə min dərd çapar,
Yar deyibən,ağlaram hey!

Bu yolların başı duman,
Nə yol verər,nə də aman,
İnildəyib zaman-zaman,
Yar deyibən,ağlaram hey!

Bu yolların yolu nə dar?!
Gəlib-gedən edər azar,
Gülüm burdan apardı sar,
Yar deyibən,ağlaram hey!

Bu yolların üstü çəndi,
Adam yeyib,qan içəndi,
Yıxdı məni,edib fəndi,
Yar deyibən,ağlaram hey!

Bu yolların sonu yoxmuş,
Oxun etdi sinəmə tuş,
Olub bülbül,gülü solmuş,
Yar deyibən,ağlaram hey!

Bu yolların imanı yox,
Ki söyləyəm:Allahdan qorx,
Həm acdan-ac,həm toxdan-tox
Yar deyibən,ağlaram hey!

Bu yolların qəlbi daşdı,
Yol vermədi,qəmim daşdı,
Day,Məzahir ağlıçaşdı,
Yar deyibən,ağlaram hey!

Məzahir İsgəndər
www.kafiye.net