DE,KİMDƏN KİMLƏRƏ QALDI BU DÜNYA

A dostlarım,aldanmayın,amandı,
Deməyin ki,şirin baldı bu dünya.
Acısı da,şirini də yamandı,
Yanar qandı,qeylü-qaldı bu dünya!

Yalanı səsləyib,verər zəmanət,
Zamanı həsləyib,yeyər xəyanət,
Nahaqqi bəsləyib,deyər əmanət,
Haqqı danışdırmır,laldı bu dünya!

Bir quş idim,arzularım yazıydı,
Varım tardı,rübabıydı,sazıydı,
Tələ qurub,dərin quyu qazıdı,
Qanadımı qırıb saldı bu dünya!

Soyumayan yanar közəm dağından,
Qalmadı taqətim,dözəm lağından,
Can atdım qoparam,üzəm tağından,
Gördüm ki dəyməyib,kaldı bu dünya.

Zarı qalıb,Məzahiri danma,sazım,
İnildəmə,gəl bəmində yanma,sazım,
Zildə danış,bəmi hünər sanma,sazım,
De,kimdən kimlərə qaldı bu dünya?!.

MƏZAHİR İSGƏNNDƏR
www.kafiye.net