Şükür!

O mənim həyatım,mənim varlığım
Bu günüm sabahım, bəxtiyarlığım
Bəzən ona bağlı, hətta sağlığım
Allahım ,verdiyin nemətə şükür!

Nə qədər dadlıdır ,nə qədər şəkər
Gecə də, gündüz də hey nazın çəkər
Babalar oxşayar,nənələr öpər
Allahım ,verdiyin nemətə şükür!

Mən ona nə deyim qəlbimcə olsun
Nə təhər oxşayım ürəyim doysun
Nəvədən də şirin bir paymı olsun
Allahım ,verdiyin nemətə şükür!

RAİFƏ SƏRXANQIZI 26.05.2013 0.24
www.kafiye.net