1 iyun Uşaqların Beynəlxalq Müdafiə günüdür.Bizim gələcəyimiz olan uşaqları elə böyütməliyik ki,onlar özlərini xoşbəxtlərin xoşbəxti hesab etsinlər.Ancaq təssüf ki,dünyamızdakı uşaqların hamısı biz arzulayan kimi böyümürlər.Gələcəyimiz olan uşaqların yollarında həmişə yaşıl işıq yandırmağı bacarmalıyıq. 

FİDANLAR

Dönüb Aya,Günəşə,
Göz yumarlar pis işə,
Sülhü sevər həmişə,
Bizim gözəl fidanlar.

Hər biri bir çiçəkdi,
Ümiddi,gələcəkdi,
Dünyamıza bəzəkdi,
Bizim gözəl fidanlar.

Sevincdi,qol-qanaddı,
Baldan şirin həyatdı.
Müstəqildi,azaddı,
Bizim gözəl fidanlar.

5-Fevral-2005
Zaur  Vedili
www.kafiye.net