BULUDLAR..

Altun göyə baxırdı
Göydə bir çay axırdı
Çay dönüb bir dağ oldu
Dağ başabaş ağ oldu.
Sonra dağ oldu gəmi
Keçdi Altunun qəmi.
Sonra tüstü göründü
İlan kimi süründü.
Tüstü dönüb oldu quş,
Demə bunlar bulutmuş..

Nazlı Hacılı
www.kafiye.net