DÖNÜR..

Min həyat atını,bir az asta çap,
Tələssən ,ucuz da bahaya dönür.
Özgənin verdiyi əzab,istirab,
Sənin bir sözünlə şəfaya dönür.

Ürəyə yatmazsan günahda batsan,
Misrandan nur süzər eşqlə yaratsan,
Göylər daş saxlamır,çınqəl da atsan,
Altından qaçmasan qafaya dönür.

Od məşəl yaradır közdə vəfadan,
Gözəl şeir olur sözdə vəfadan,
Yalnız cəfa gəlir üzdə vəfadan,
Daldada bu vəfa cəfaya dönür.

Göz eşqi əks edir,gözü torlama,
Qəlb sevgi evidir,qəlbi korlama,
Mənə nahaq yerə qarğış yollama,
Onsuz da çatanda duaya dönür.

Nazlı Hacılı
www.kafiye.net