AD GÜNÜDÜR

Bu gün mənim atamın Ad günüdür.Necə yaman imiş atasız dünya!Dünən axşam çöldə yer göyə qovuşmuşdi.Mə n qorxaq deyiləm,amma ildırımın şaqqıltısı,küləyin əcaib səsi,işıqlar sönmüş halda yağışla dolu,insanı vahiməyə salırdı.Yadıma səni saldım,guya heç yadımdan çıxırsan ki?? Heç nədən qorxmadığı m halda bircə hava belə olanda səksənirəm,Bismillah deyib dualar oxudum səni düşünüb Rəbbimə sığındım və yuxuya getdim,ayılanda artıq hava səngimişdi,sakitlik idi.

Yenə səni düşünürəm,
Xəyalınla baş-başayam.
Təkcə sanmıram özümü,
Allahım verib dözümü,
Yoldan yığmıram gözümü,
Eşidirsənmi sözümü,
Çırpınıram həsrətinlə,
Silirəm yaşlı gözümü,
Uçur xəyalım yanına,
İnanmıram yoxluğuna,
Qulağıma bir səs gəlir,
“Balam”mənim,”qızım” mənim,
İlk beşiyim,arzum mənim,
Ay evimin bərəkəti,
Ay qədəmləri sayalım,
Dolu süfrəm,ruzum mənim,
İnanıram sağsan yenə,
Başım üstə dağsan yenə!
Ayrılaraq xəyalından,
Atam nurlu camalından,
Qınadım özüm-özümü,
Yığdım yollardan gözümü,
Düz iki ay qalıb Ata ,
Altı ili yoxluğunun,
Əzabını çəkirəm mən,
Qətrə-qətrə,leysan-leysan,
Gözümdən yaş tökürəm mən,
Aglaya-ağlaya yazdım,
Vallah mən bu şeri Ata,
Axı mən də bir ölüyəm,
Sən getdiyin gündən Ata,
Solmaz deyir,yaşayıram,
Zarı-zarı bu dünyada,
Elə sanma mən diriyəm,
Nakam ölənin biriyəm,
Qəm-nisgilə bələnmişəm,
Xanım xəstə azardayam,
Kim deyir ki, mən diriyəm,
Sən ölən günü ölmüşəm,
Sənlə qoşa məzardayam!!!
Ata sənə Allah rəhmət eyləsin,
Yerin cənnətdə,ruhun şad olsun
Atam mənim, Atam mənim!…..
Mən Atamı itirmişəm,
Könlümdə qəm bitirmişəm,
Sənsizlikdən heç olmuşam,
Həm özümü,bal sözümü itirmişəm!!!

02-06-2016
Müəllir:Solmaz Şirvanlı
www.kafiye.net