Q Ə Z Ə L

Yandı canım hicrində,vəslini hər an dilərəm,
Yenə də yanmaq üçün min belə bir can dilərəm!

İsmini yazdı gözüm göylərə,al-qanım ilə,
Tükənib,bitdi qanım,can,yenə də qan dilərəm!

Yox məkanım dünyada,oldum qəribi-sərgərdan,
Yol verin,ey səhralar,Məcnuni-dövran dilərəm!

Gülübən,ellər mənə eşqdə divanə söylədi,
Divanə qəmim çəkən min belə karvan dilərəm!

Ey Məzahir,yorulub,yolda qoyma qəm yükünü,
Daha yox tabım,-desən,qəbrə qədər yan, dilərəm!

Məzahir İsgənder
www.kafiye.net