DİVANƏLƏR ODASIYAM

Qərib olan,üz mən sarı,
Mən qəriblər adasıyam.
Şəm vurğunu pərvanələr,
Divanələr odasıyam.

Dağam,dağa həm lalə də,
Gəl gəz,dal min xəyalə də,
İç ki,qızıl piyalədə
Alovlu eşq butasıyam!

Məndən keçər mərdin izi,
Keçin,görün mərdinizi,
Verin mənə dərdinizi,
Bir uduma udasıyam!

Ay Məzahir,nə and-aman?
Sən dediyin deyil zaman,
Düz söyləyib,olan yaman,
Lal dillərin duasıyam!

Məzahir isgəndər.
www.kafiye.net