KÜSMÜŞƏM

Dağlar,qanım qaralıdı,
Deyim,ellərdən küsmüşəm!
Dün can deyib,bu gün üzü
Dönən güllərdən küsmüşəm!

Min dərd gəldi,dedi də yan,
Buna necə gəl mərd dayan?
Yıxılıb da,mənə hədyan
Deyən dillərdən küsmüşəm!

Bilinmədi baha,ucuz,
Tox doymadı,mən ac-susuz!
Bu Leylisiz,bu Məcnunsuz
Qalan çöllərdən küsmüşəm!

An olmadı ana həyan,
Gün demədi günə,dayan,
Gəncliyimi oğurlayan,
Alan illərdən küsmüşəm!

Məzahiri ram etməyən,
Həsrətini bitirməyən,
Haqdan soraq gətirməyən,
Əsən yellərdən küsmüşəm!

Məzahir İsgəndər.
www.kafiye.net