QALDI

( Bu gecə yazdığım beş şeirimdən birincisi)

Xəzan vurdu ilk yazımı,
Mənə bir qış çağı qaldı
Gülü soldu şamamanın,
Yana-yana tağı qaldı.

Dil car etdi yarasını,
El bilmədi çarasını,
Day,itirib qarasını,
Gözlərimin ağı qaldı.

Min dərd vurdu mənə lağım,
Külə döndü od qalağım,
Çıttamadı qol-budağım,
Nə də ki,bir şaxı qaldı.

Oldum olan canımdan da,
Sabahımdan,danımdan da…
Kimlər ötdü yanımdan da,
Özü getdi,lağı qaldı.

Bu dünyanı kim dərk edər?
Kimi gələr,kim tərk edər…
Məzahir də bir gün gedər,
Deyərlər,söz bağı qaldı!

Məzahir İsdəndər.
31.5.2016.
www.kafiye.net