DOĞMA DİYAR

Gəldim doğma diyar sənin qoynuna,
Dolaşdım qoynunda səyahət etdim,
Doladım qolumu,saldım boynuna
Mən səni sevməyi bir adət etdim.

Könül vurğun olub sənə əzəldən,
De doymaq olarmı,səntək gözəldən,
Sənə yazacağım şer,qəzəldən,
Qəlbimdə özümə hekayət etdim.

Dedilər getmə qal,dolan gəz hələ,
Dedilər vermə gəl,bu ömrü selə,
Dedim ki,bu bəxtə köləyəm-kölə,
Bu tənha bəxtimdən şikayət etdim.

Solmazam,açılmır qaşım-qabağım,
Getdikcə soluxur lalə yanağım,
Alınsın torpağım,qalxsın bayrağım,
Rəbbimə üz tutub,dualar etdim!!!

09-may 2016
14-00-da gəlin hər kəs bir Amin deyin ki,duamız Haqq dərgahında səslənsin!!
Solmaz ŞİRVANLI
www.kafiye.net