MƏNDƏN DEMƏKDİR.

Qəmninin yükünü çox çəkmişəm mən,
Amandır,o qəmi canıma salma.
Uzun bir zamandır eşq əkmişəm mən,
Qara xislətini danıma salma..

Razıyam yolunda qaya çapmağa,
Zalımlıq eyləmə eşqin yolunda.
Bülbül ol,səy göstər gülü tapmağa,
Neynirsən üzəsən çayır bolunda.

Artıq həsrətini bənd etmə mənə,
Amandır,hər dərdi görmüşəm daha.
Naümid qalmaqdan solmuşam yenə,
Onsuz da xoş getmir bu iş Allaha..

Şux ol,sevgimizə şux bahar gətir,
Eyib gətirəndə eyibli olur.
Yox elə nisgili,az qəhər gətir,
Bəd niyyət yaşamır,qeyibli olur..

Yalvarış deyildir,belə sanma heç,
Məramım sadəcə sənə köməkdir.
Hansı yolu seçsən indi özün bil,
Suç məndən qurtardı,məbdən deməkdir…

Nazlı Hacılı
www.kafiye.net