AZƏRBAYCANIM

Üzümə hər səhər nur saçan günəş,
Şöhrətim,şanımdır Azərbaycanım.
Elə bil dünyaya nəqş olunub,nəqş,
Sökülən danımdır Azərbaycanım..

Onu qorxudanmaz nə yel,nə külək,
Onsuz ömür sürmək,yaşam nə gərək,
Sanki köksümdəki döyünən ürək,
Damarda qanımdır Azərbaycanım..

Bu ad adım üstdə mənadır,məna,
Ruh verir şeirə,dönür dastana,
Hələ ümidlərim qalsın bir yana,
Dinim,imanımdır Azərbaycanım..

Dünya bir yanadır,o da bir yana,
Gün- gündən yüksəlir şöhrətə,şana,
Növrağı ruh verir ürəyə,cana,
Deyərdim canımdır Azərbaycanım..

Nazlı Hacılı
www.kafiye.net