NAXÇIVANIM.

Qoca Şərqin qapısında,
Cuşa gəlir Naxşıvanım.
Oturub süfrə başında,
Sevinc bölür Naxçıvanım.

Diri qoymqz qəm görəndə,
Tamamlayar kəm görəndə,
Gözdə adi nəm görəndə,
Dərhal silir Naxçıvanım.

Görər baxan ani ona,
Tanrı verib şanı ona,
Qurban verrəm canı ona,
Özü bilir Naxçıvanım.

Ondan alıb şanı şanım,
Odur xoşbextlik ünvanım,
İnanmayan baxsın,canım,
Necə gülür Naxçıvanım…

Nazlı Hacılı
www.kafiye.net