QURTARIB EDAMDAN- DARDAN ,GƏLMİŞƏM

——————
Məni qəfil görüb:”Hardan gəlir-
sən?”-deyə,soruşanlara.
——————

Tələsməyin,səbrinizi basın bir,
Soruşmayın məni,hardan gəlmişəm?
Yarıb dənizləri,keçib odları,
Qurtulub edamdan-dardan,gəlmişəm!

Acımdan saymışam çox ulduzları,
Su əvəzi yalamışam duzları,
Nəfəsimlə əridib sal buzları,
Tufandan,borandan, qardan gəlmişəm!

Yansa da canımın qəmdən dörd yanı,
Atmamışam yerə abrı-həyanı,
Alıb odlu telli sazdan mayamı,
Doğulub kamandan-tardan,gəlmişəm!

Yaşamışam ömrü qeyrət,ar üçün,
Ölməmişəm sərvət üçün,var üçün,
Qədirbilməz,bir dilbilməz yar üçün
Bölünmüşəm tən yarıdan,gəlmişəm!

Məzahirəm,bir göz yummaz gözlərim,
Nə titrəməz,nə bükülməz dizlərim,
Sovqatımdı baldan şirin sözlərim,
Çəkilmişəm min arıdan,gəlmişəm!

Məzahir İsgəndər.
www.kafiye.net