Azərbaycan Bayrağı.

Bu gün mənim and yerim,
Sabah isə kəfənim,
Hər kəs bilsin olacaq,
Üç rəng bayrağım mənim.
Dizimi atıb yerə,
Öpürəm bu bayrağı
Onunla gözəlləşir,
Sabahımın növrağı!!

Vətənimdir ay ellər,
Məkkəm,Mədinəm mənim,
Düşmən bağrın odlayır,
Uca bayrağım mənim.
Yansın-yaxılsın yağı,
Pozulacaq növrağı,
Ucalardan,ucadır,
Azərbaycan bayrağı!!!

Solmaz,canını qurban ,
Eyləginən Vətənə.
Vətən anadan əziz,
Vətən bizim qibləmiz,
Vəsiyyət eyləmişəm,
Mən öləndə ay ellər,
Mənimçün “Himn”oxunsun,
Sərilsin qoy üstümə,
Azərbaycan bayrağı!!!

Solmaz ŞİRVANLI
www.kafiye.net