Olmadı.

Bu dünyanın kədərindən üzüldüm,
Sözə döndüm misralara düzüldüm,
Bala döndüm badələrə süzüldüm,
Zəhər sanıb bir içənim olmadı.

Təkcə qaldım qan ağladı ürəyim,
İtirdiyin soraqladı ürəyim,
Keçən günü varaqladı ürəyim,
Bu qəlbimə heç köçənim olmadı.

Solmazam,yazdığım qəmdir baş-ayaq,
Talehim əzəldən kəmdir baş-ayaq,
İçib qəm şərbətin dəmdir baş-ayaq,
Kəfənimi heç biçənim olmadı!

Müəllif:Solmaz Şirvanlı
www.kafiye.net