Dönmüşəm.

Hər yerdə,hər zaman bil səni andım,
Sənə canım dedim,dayağım sandım,
Alışdım hicrində eləcə yandım,
Naləsi,fəryadı zilə dönmüşəm.

Sənin həsrətinlə ağlayıram qan,
Demişəm canımı sadağa,qurban,
Yanıb fərağında eyləyib əfqan,
Sənsizəm kösövə,külə dönmüşəm.

Solmazam,ağ dünyam qaralıb sənsiz,
Gül rəngim,soluxub,saralıb sənsiz,
Baharım qış olub,qar olub sənsiz,
Dünyanı dağıdan selə dönmüşəm.

29-05-2016
Müəllif:Solmaz Şirvanlı
www.kafiye.net