Səni

İnanımmı sözlərinə,
Hələ gözləyimmi səni,
Boylanımmı yollarına,
Yenə izləyimmi səni?

Yalan olsan yanacaqsan,
Sevgimizi anacaqsan,
Həsrətimdən donacaqsan,
Açım deyimmi hər kəsə,
Ya da gizləyimmi səni?

Dönüb sevgi mələyinə
Elə girdin ürəyimə

Rəbbim gəlsin köməyimə,
Döndərib şerə,nəğməyə,
Solmaz,sözləyimmi səni??

29-05-2016
Müəllif:Solmaz Şirvanlı
www.kafiye.net