DİLİNDEN

Yenə də şerimə”Like” eyləyir,
Dilindən bir kəlmə söz gözlədiyim,
Hələ səbrləşib adlar yazmıram,
Rəbbim özü deyir döz gözlədiyim.

Od qoyur insana nadan-naqislər,
Həyatda yer tutur alçaqlar-pislər,
Şükür öz Rəbbimdən razıyam hələ,
Açır bax yolumu,iz gözlədiyim.

Bu da bir qismətdi bilin a dostlar,
Sizlərsiz mənimçun bu gün dövlət-var,
Solmazı yaşadır,o saf arzular,
Dərəni edəcək düz,gözlədiyim!!!

29-05-2016
Solmaz Şirvanlı
www.kafiye.net