QAYTAR MƏNİ ÖZÜMƏ

“Ey ölümsüz Türk ulusu,özünə dön!”

BİLGƏ KAĞAN.

28 May! Bu gün milli dövlətimizin ad
günüdür.Qürur,iftixar günümüzdür.
Lakin BİZ doğrudanmı bu günlə kifa-
yətlənməli,bu günün kölgəsi altında
başımızı güllü yastıqlara qoyub,mı-
şıl-mışıl yatmalı,hər şeylə bu tezliklə
razılaşmalı,bir daha özümüz-özümü-
zə bu sualları verməməliyik:
Biz kimdik,kim olduq?
Biz nəydik,nə olduq?

İndi çoxlarının iki-üç bənddən artıq
şeir oxumadığını bilə-bilə,yenə bu şe-
rimi SİZLƏRLƏ paylaşmaq qərarına
gəldim.
Kim bilir,bəlkə də,oxuyan tapılacaq?
———————-

Siz,ey türkü söyləyib,türk kürkünü geyənlər!
Siz,ey türkdən doğulub,-türk oğluyam,
deyənlər!
Şeirlərimi elə-belə,-
anınız,
saatınız,
gününüz,
zamanınız keçsin deyə ,oxumayın.
Özünüzə gicitkandan,
tikandan,
közdən,
oddan-alovdan;
qardan,
buzdan,
qırovdan köynək toxumayın.
Diliniz-dodağınız yanıb,
səsiniz,nəfəsiniz donar.
Üzünüzə-gözünüzə dünya boyda qəm,
kədər, 
acı,
həsrət,
intizar qonar.
Şeirlərimdə qupquru,
çatlaq-çatlaq,
qabar-qabar dodaqların bir damlaca,
bir udumca su umudu,
su istəyi,
su arzusu,
su yanğısı…
Anasından aralanmış,
Sinəsindən yaralanmış,-
namərd ovçu bərəsində bəndə düşmüş,
yanmış,
donmuş,
üşümüş,
bir daş altda büzüşmüş əlik,
ceyran,cüyür balasının can acısı,
can sancısı,
Allaha can yalvartısı!..
Şeirlərimdə yurd-yuvası,el-obası dağılmış,
fikri,hissi,düşüncəsi talanmış,
bölünmüş,
aralanmış,
ölümcül yaralanmış ağlın,
fəhmin,
idrakın;
şan-şöhrətin,qeyrətin–
BİR XALQIN,BİR MİIIƏTİN
dəsmal tutub gözünə,
yerə-göyə,ÖZÜNƏ:
“KİMDİM?NƏYDİM?”-sorğusu…
Türk oğlu-türk oğlunun bumu,bumu qurğusu?
Şeirlərimdə həzin-həzin göynərti,
içdən gələn mələrti,
yanğı,
acı,
ağrı var.
Hər misrada,kəlmədə fəhmə ağla,idraka-
BÜTÖVLÜYƏ,
TAMLIĞA,
TURANLIĞA çağrı var!
Nə tükənməz cavablar,nə də bitməz suallar:
Allah,hanı hunluğum,
avarlığım-varlığım,
göy boyda göy türklüyüm,
Oğuzluğum,
gerçəkliyim,özlüyüm?
Hanı?
Hanı?
Hanı çinar qamətim,
şücaətim,
mətanətim,
mərdliyim;
öz atım,öz çaparım,
öz astarım,üzlüyüm?..
Hanı?
Hanı?
Hanı?
Hanı Metenin,
Atillanın,
Kür xanın,
Şir oğlu Alp Arslanın 
haqq-ədalət divanı?
Hanı? Hanı məhşər tufanı?
Hanı Qazan?
Hanı Beyrək?
Hanı Coban Qaraca?
Gəlin görün,necə də aralanıb əl-qolum,
qoyulubdu hərraca…
Hanı Misrim,Koroğlum–
nərəm,gürzüm,əmudum?
Yoxsa…
Yoxsa…
Yoxsa,elə doğulub,olan gündən bumuydum-
bölünmüş…
parçalanmış…
dağılmış…
Yoxsa…
Yoxsa…
Yoxsa,elə türklüyüm,
əzəmətim,
vüqarım,
əzmim,
gücüm-qüdrətim bir ötəri xoş yuxu,
bir yalançı nağılmış?
Əlim qələm,dilim söz,
ayaq yeriş titandan kipriklərim qapanıb,
yuxu gəlmir gözümə.
Allah! Məni ya öldür,
ya da məni MƏN eylə,
qaytar bir də özümə!
Qılıncımı qaytar!..
Atımı qaytar!..
İnadımı,ADIMI qaytar!..
Ocağımı,
alovumu-odumu,
mizrağımı,
əmudumu,
gürzümü,
UMUDUMU qaytar!
Qaytar!..
Qaytar!..
Qaytar!..

Məzahir İsgəndər
www.kafiye.net