SƏN BƏXTİMƏ NAXIŞDIN..

Payız gəldi,sən getdin,
Payız küsübdü səndən.
Sən neylədin,nə etdin,
Əlin üzübdü səndən..

Ömrümə fərman idin,
Dərdimə dərman idin,
Sanki bir xırman idin,
Çovqun əsibdi səndən.

Aləm bizə göz oldu,
Bağrım başı köz oldu,
Niyə ömrün az oldu?
Rəbb nə kəsibdi səndən?

Səndən gen gəzsin qada,
Ömrünü vermə bada,
Ya suçlu sənsən,ya da,
Tale düşübdü səndən…

Nazlı Hacılı
www.kafiye.net