EŞQİMİZƏ ƏIVİDA

Gülüm,nə sən,nə mən küsüm taledən,
Gülü solan eşqimizə əlvida!
Həsrət çəkib,yeyib min dərd,edib qəm,
Gözü dolan eşqimizə əlvida!

Gör nə dağlar sinəmizə basılı?!
Sən də,mən də lal göylərdən asılı,
Bənövşə tək boynubükük,qısılı,
Yetim qalan eşqimizə əlvida!

Bu alovun,bu atəşin,bu közün
Day da qalmaz yanğısına bir dözüm,
Cırmaqlayıb,didib-töküb üz-gözün,
Saçın yolan eşqimizə əlvida!

Bu yol qərib,ayaq qərib,göz qərib,
“Leyli-Məcnun” bizə baxıb,közərib,
Qarlı qışda çırımçıpraq meh gəzib,
Yayda donan eşqimizə əlvida!

Bir çırpınıb,pərvazlanıb quş olub,
Bir ovçunun hədəfinə fuş olub,
Min ah çəkib,min qanayıb,huş olub,
Dağa qonan eşqimizə əlvida!

Mezahir İsgender
www.kafiye.net