QƏZƏL

Yenə də oldu gecə,dərdimi şamə söylədim,
Ah çəkib,söndü o da,zülməti həmdərd elədim.

Dikilib qaldı göyə,qəm ilə doldu gözlərim,
İşə bax,ki Tanrıdan dərman deyil,dərd dilədim.

Tələsib gül bağına,yarı üçün ey gül dərən,
İsladan gül ləçəyin göz yaşımdı,mən çilədim!

Öpmədi sübhə qədər bir-birini kipriklərim,
Gecəni qəm elədim,gündüzü dərddən mələdim.

Ey olan əhli-qələm,dəfn edərkən Məzahiri,
Kəfənin qəmdən edin,vəsiyyətdi,mən elədim!

Mezahir İsgender
www.kafiye.net