TANRIYA ƏZİZ BƏNDƏ…

Tamah artıq olsa bir az,baş yarar,
Ağılla istenen arzu çin olar.
Haram qazanılan qazanc məhv olar,
İdrakla çoxalar,birin min olar..

Ruzinə pəl vurma,ruzinə tər qat,
Güc vermə biləyə ağıl vardısa.
İnsaf et,insafla düşməz haqqa çat,
Camına doldurma, dolan ardısa.

Daxili gözəlin üzü ağ olar,
İnsanlıq xeyirə ilkin təməldir.
Ruh versən ruhsuza ruhun sağ olar,
Tor qurmaq şeytana məxsus əməldir.

O kəsə çəkilsə nifrətlər tarım,
A dost suç nə səndə,nə də məndədir.
Kimə xoş gəlirsə bu saydıqlarım,
Deməli Rəbbə də əziz bəndədir..

Nazlı Hacılı
www.kafiye.net