QOPARAMMADIM..

Göz açıb tək səni gördüm əzəldən,
Səni ürəyimdən qoparammadım.
Ömrümü ömrünə hördüm əzəldən,
Səni ürəyimdən qoparammadım.

Əvvəllər olsan da tən ürəyimə,
Yovluğun bəxş etdi qəm ürəyimə.
Elə sığmısan ki sən ürəyimə,
Səni ürəyimdən qoparammadım.

Çox dua elədim,əl açdım göyə,
Tanrım səni qəlbdən qoparsın deyə,
Ancaq dəymədi bu etdiyim səyə,
Səni ürəyimdən qoparammadım.

Bu qəmi daşıdım illər uzunu,
Fəqət görməsəm də sənin üzünü,
Yadıma saldıqca ala gözünü,
Səni ürəyimdən qoparammadım.

Ruh olub ruhlara hopuram bəzən,
Qəm adlı bir sirdaş tapıram bəzən,
Mən özüm dünyadan qopuram bəzən,
Səni ürəyimdən qoparammadım.

Nazlı Hacılı
www.kafiye.net