AY ALLAH,BU YAZI YEMƏYİM GƏLİR

Köçün yıgdı,aldı getdi qar,ayaz,
Gülə-gülə yerin tutdu güllü yaz,
Bu nə həvəs,bu nə nəfəs,nə avaz?!
Saz çalıb,yenə söz deməyim gəlir,
Ay Allah,bu yazı yeməyim gəlir!

Salam verən,unudar min dərdini,
Kim oxşamaz,kim istəməz xətrini?
Bir dalıb seyrinə,alıb ətrini,
Düşüb qəm dağından enməyim gəlir,
Ay Allah,bu yazı yeməyim gəlir!

Nə göz yumub,nə bir yatıb,yuxluyub,
Vəsfinə söz qoşub,nəğmə oxuyub,
Hər güldən,çiçəkdən köynək toxuyub,
Alıb da əynimə geyməyim gəlir,
Ay Allah,bu yazı yeməyim gəlir!

Elə bir sədəfdi,bir incidi ki!
Kim ondan küsdü ki,kim incidi ki?
Bəlkə də,ömrümdə birincidi ki,
Silib göz yaşımı,gülməyim gəlir,
Ay Allah,bu yazı yeməyim gəlir!

Ay Məzahir,nə şimşəkdi bu,-çaxdı?
Nə gözəl qismətdi,nə gözəl baxtdı?!
Kar olmuşdum,lal olmuşdum,nə vaxtdı,
Eşidib,dil açıb,dinməyim gəlir,
Ay Allah,bu yazı yeməyim gəlir!

Mezahir İsgender
www.kafiye.net