DOĞRU SÖZ DANIŞ..

Hər ağzına gələn sözü söyləmə,
Sözlə bizi az incit,az üz barı.
Yalan,bötan deyib bedar eyləmə,
Danışanda danış doğru söz barı.

Yanlış olub bezdirmə bu milləti,
Get yığışdır əqlindəki illəti,
Öz ömründə yaratdığın zülməti,
Aram-aram araşdırıb çöz barı.

Hər yetənə bir daş atıb dağlama,
Rola girib heç yalandan ağlama,
Öz əlinlə öz yolunu bağlama,
Ağıllı ol,bir fərağat gəz barı.

Başqasına zərər,ziyan yetirmə,
İnsanların haqqın,sayın itirmə,
Öz əlinlə özünə dərd gətirmə,
Düşün,sənə baxır neçə göz barı.

Vicdanlı ol,elə otur,elə dur,
Öləndə də dar gəlməsin sənə gor,
Daşın,düşün işlərini elə qur,
Səndən sora qalsın yaxşı iz barı..

Nazlı Hacılı
www.kafiye.net