DƏRDLİ-DƏRDLİ..

Vəfasızlıq gördüm səndən,
Qaçammıram qüssə-qəmdən,
Hərdən küsüb bu aləmdən,
Dolanıram dərdli-dərdli..

Günah səndə oldu namərd,
Qəlbimi etmisən qarət,
İçimi oyduqca bu dərd,
Dolanıram dərdli-dərdli..

Danışsam sözüm ağlayır,
İçimdə dözüm ağlayır,
Könlümü hicran dağlayır,
Dolanıram dərdli-dərdli..

Nə gündüzüm,nə gecəm var,
Canımı üzdü intizar,
Ölsem,qalsam,nə fərqi var,
Dolanıram dərdli-dərdli..

Nazlı Hacılı.

www.kafiye.net